Futzal üzrə milli komandamız bu gün AVRO-2018-in final mərhələsində ilk qrup matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada təşkil olunan qitə birinciliyində yığmamız Fransaya qarşı debüt edib.Ardıcıl beşinci dəfə nüfuzlu turnirin final mərhələsinə qatılan komandamız qalib gələcəyi təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Çünki qrupun ilk görüşündə fransızlar İspaniya ilə bol qollu heç-heçəyə (4:4) imza atmışdılar.Görüşə aramsız hücumlarla başlayan Joze Alesio da Silvanın yetirmələri erkən qolla yadda qalıblar. Buna baxmayaraq, fransızlar çox keçmədən “status-kvo”nu bərpa ediblər. İlk hissə 1:1 hesabı ilə nəticələnib.İkinci hissə başlar-başlamaz fransızlar 2-ci dəfə komandamızı mərkəzə dəvət ediblər. Lakin erkən toparlanan millimiz 2 dəqiqə ərzində nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib. Hər iki topun müəllifi olan Bolinya het-trikini rəsmiləşdirib. Digər “braziliyalılarımız” Everton Kardoso və Eduardo Borqes də hərəyə bir dəfə fərqlənərək, yığmamızın inamlı qələbəsinə töhfə veriblər. Rəqibin isə gücü hesab arasındakı fərqi azaltmağa çatıb.Bununla da, Avropa çempionatına uğurlu start götürən Azərbaycan yığması 1/4 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qeyd edək ki, bu qrupun son görüşü fevralın 4-də Azərbaycanla İspaniya arasında keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…