Futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub

6 Fevral 2018 12:18

Xəbər 804 dəfə oxunub

Sloveniyanın Lyublyana şəhərində keçirilən futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub.Azərtac xəbər verir ki, 1/4 finalın ilk oyununda Serbiya ilə Qazaxıstan qarşılaşıb. Qazaxıstan komandası rəqibindən üstün olub – 3:1.Rusiya millisi isə meydan sahibləri Sloveniya yığmasına 2:0 hesabı ilə qalib gəlib.Qitə birinciliyindəki son yarımfinalçılar bu gün müəyyənləşəcək. Azərbaycan millisi Portuqaliya ilə, Ukrayna isə İspaniya ilə qarşılaşacaq.xeber100.com