“Barselona” futbol klubu İspaniya çempionatının 22-ci turunda

6 Fevral 2018 12:20

Xəbər 709 dəfə oxunub

“Barselona” futbol üzrə İspaniya çempionatının 22-ci turunun Kataloniya derbisində səfərdə “Espanyol” komandası ilə heç-heçə oynayıb.Azərtac xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri Jerar Morenonun 66-cı dəqiqədə vurduğu qoldan sonra irəli çıxıblar. 82-ci dəqiqədə isə “Barselona”nı məğlubiyyətdən Jerar Pikenin topu xilas edib.Lionel Messinin komandası yeddi oyun davam edən qələbə seriyasını pozsa da, mövsümün startından ardıcıl olaraq məğlubiyyətsiz oyunun sayını rekord həddə – 22-yədək artırıb.Komanda 2009/2010-cu il mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında 21 məğlubiyyətsiz oyun nümayiş etdirərək rekord müəyyən etmişdi. Hazırda isə “Barselona” öz rekordunu yeniləyib. Ölkə çempionatında komanda sonuncu dəfə 2017-ci ilin aprelində uduzub.58 xal toplayan “Barselona” Premyer Liqanın turnir cədvəlində ikinci yerdə olan Madridin “Atletiko” komandasını 12 xal üstələyərək, lider olmaqda davam edir.xeber100.com