Moskvada “Prodexpo 2018” XXV Beynəlxalq Ərzaq, İçki və Xammal Sərgisi açılıb. Sərginin baş sponsoru “Made in Azerbaijan” brendidir.Azərtac xəbər verir ki, “Eksposentr” mərkəzində keçirilən sərgidə bu il dünyanın 63 ölkəsindən, o cümlədən ABŞ, Böyük Britaniya, Argentina və s. 2000-dən çox şirkətin məhsulları nümayiş olunur. Sərgi zamanı ziyarətçilərə qeydiyyat zonasında sərginin baş sponsor ölkəsi – Azərbaycan haqqında məlumat verilir. Ölkəmiz sərgidə ilk dəfə “Made in Azerbaijan” milli stendini təqdim edir. Milli ornamentlərlə bəzədilmiş Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən, özünün keyfiyyəti və rəqabətqabiliyyətliliyi ilə seçilən meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, qənnadı məmulatları, çay və sair məhsullar ziyarətçilərə təqdim olunur. Burada quraşdırılmış monitorlarda “Ekspo Baku 2025”in təbliğat materialları, Azərbaycanın görməli yerləri, təbiəti barədə videoçarxları da nümayiş etdirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…