UEFA “PSJ” və “Bazel” Çempionlar Liqasının 1/8 finalında

9 Mart 2018 12:32

Xəbər 1367 dəfə oxunub

UEFA “PSJ” və “Bazel” azarkeşlərinin Çempionlar Liqasının 1/8 finalında müvafiq olaraq “Real” və “Mançester Siti” komandaları ilə matçlarda nümayiş etdirdikləri davranışa görə onlar barədə intizam işi açıb.Azərtac xəbər verir ki, Paris futbol klubunun fanatları pirotexnika və lazer fənərlərindən istifadə etməkdə ittiham olunur. Xatırladaq ki, “PSJ” azarkeşlərinin piroşousuna görə oyun iki dəqiqə dayandırılıb.“Bazel”ə gəldikdə isə UEFA bu komandanın “Mançester Siti”nin qonağı olarkən onların azarkeşlərinin də pirotexnikadan istifadə etdiyini bildirir.xeber100.com