Həndbol Federasiyasının məlumatı

9 Mart 2018 12:44

Xəbər 1128 dəfə oxunub

Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vurulub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, final qarşılaşmaları komandaların gərgin və maraqlı mübarizəsi ilə yadda qalıb. Qadın həndbolçuların həlledici görüşündə “Azərsu” və “Nur” kollektivləri üz-üzə gəliblər. Rəqibindən daha üstün oyun göstərən “Nur” 30:24 hesabı ilə qalib gələrək Azərbaycan kubokuna sahib çıxıb.Kişilərin final matçında isə “Məhsul” həndbolçularını 34:28 hesabı ilə məğlubiyyətə uğradan “Bakı” turnirin əsas mükafatına layiq görülüb.xeber100.com