“Buta Airways” 2018-ci il iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri – Alanyaya birbaşa uçuşlara başlayır.“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək.Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin satış ofislərində əldə etmək mümkündür.Loukost aviaşirkət olaraq, minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.Alanya Aralıq dənizi sahilində gözəl şərq şəhəri və eyni zamanda Türkiyənin yazdan payıza kimi istirahət edə biləcəyiniz sərfəli kurortudur. Müxtəlif çalarlı isti dəniz, mavi bayraqlarla işarələnən möhtəşəm çimərliklər, gözəl mənzərələr, maraqlı çoxəsrlik tarix, su əyləncələri, parlaq gecə həyatı turistlərə buradakı istirahətini uzun müddət xatırladacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…