AVF klubu “Azərreyl” ilə qarşılaşacaq

14 Mart 2018 14:20

Xəbər 1119 dəfə oxunub

Qadın voleybolçular arasında keçiriləcək Novruz turnirinin püşkü atılıb.Azərtac xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Lokomotiv” komandası “Abşeron”la, AVF klubu isə “Azərreyl” ilə qarşılaşacaq.Turnirə martın 16-da start veriləcək. Bir gün sonra saat 14:00-da final oyunu keçiriləcək.Qeyd edək ki, görüşlər Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.xeber100.com