Bu yaxınlarda “2018-2025-ci illər” üzrə qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı qəbul olunacaq. Hazırda qida təhlükəsiziliyi ilə bağlı qanun üzərində işlər gedir.Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.Onun sözlərinə görə, həmin proqrama əsasən Azərbaycanda qida təhlükəsizliyi üzrə Strateji Yol Xəritəsi müəyyənləşdiriləcək. Həmin sənəddə mediaya da önəmli yer veriləcək.Küçələrdə, yol kənarlarında səhər saatlarında iri və xırda buynuzlu heyvanların kəsimi məsələsinə toxunan Q.Təhməzli deyib ki, buna ciddi nəzarət həyata keçirilməlidir: “Bəzi insanlar elə düşünürlər ki, hansısa heyvanın göz önündə kəsilməsi onun sağlamlığından xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə tez xarab olan məhsulların çatdırılması və qidalanma, eləcə də digər vacib məsələlərlə bağlı standartlar müəyyənləşdiriləcək”.Agentliyin sədri əlavə edib ki, istehsal müəssisələri qida təhlükəsizliyi üzrə qeydiyyatından keçəcək, onlar üçün standartlar müəyyənləşəcək. “Onlar sadəcə ixrac etdikləri məhsulların qida təhlükəsizliyi sertifikatlarını alacaq, idxalçı dövlətlərin tələblərinə uyğun müvafiq sertifikatlarla təmin olunacaqlar”,- deyə Q.Təhməzli vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…