Azərbaycan Beynəlxalq Bankının Rusiyada ləğv olunan törəməsi “ABB-Moskva” bu ilin martın 20-dən “Təcili” əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib.”Apa-Economics” bankın saytına istinadən xəbər verir ki, “ABB-Moskva” “Universal”, “Elite+” və “Xüsusi” əmanətləri üzrə vəsait cəlbini dayandırıb.”ABB-Moskva” fəaliyyətinin dayandırılması və bağlanmış filialların müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq əmanət müqavilələrinə vaxtından əvvəl xitam verilməsi üçün güzəştli şərtlər təqdim edir. “ABB-Moskva” əmanətçilərə əmanətin bütün növləri üzrə müqavilələrə əlavə razılaşma imzalamağı təklif edir. Əlavə razılaşma ilk tələbdə əmanət müqaviləsini dayandırmaq hüququ verməklə əmanətçiyə bankın faizlərlə birlikdə əmanəti tam həcmdə əldə etməyə imkan verəcək”, – deyə məlumatda vurğulanıb.Məlumatda o da bildirilib ki, “ABB-Moskva”nın filialları bu ilin aprelin 27-dək bağlanacaq.Xatırladaq ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.Qeyd edək ki, martın 5-də “ABB-Moskva” Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanacağını elan edib. Martın 5-dən bu filiallarda əmanət qəbulu və pul köçürülməsi xidməti dayandırılıb, əmanətlərin qaytarılması prosesi heç bir məhdudiyyət olmadan həyata keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…