Portuqaliya çempionatının 28-ci turunda…

3 Aprel 2018 11:23

Xəbər 905 dəfə oxunub

Portuqaliya çempionatının 28-ci turunda “Belenensiş” ilə oyun “Portu” futbol klubunun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.Azərtac xəbər verir ki, start heyətində yer alan futbolçu peşəkar karyerasında 1000-ci oyununu keçirib. Qapıçı bu göstəriciyə imza atan ikinci futbolçu olub. Belə ki, ispaniyalı futbolçu Raul da 1000 oyunda meydana çıxıb.Kasilyas “Real”ın heyətində 725, “Portu”da 108, İspaniya millisində isə 167 oyun keçirib.Qeyd edək ki, qapıçı 385 oyunda qapısından top buraxmayıb.xeber100.com