“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda ali məktəblərin müəllim və inzibati heyəti üçün “Ali təhsilin rəqəmsal transformasiyası” mövzusunda seminar keçirilib.Şirkətdən Azərtac-a bildirilib ki, seminarda “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov qeyd edib ki, “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.“Azərbaycanın təhsil sahəsinin nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq, onun icra prosesi hələ də erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, – deyə Emin Axundov bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…