“UEFA Pro licence Student exchange” adlı seminar davam edir

6 Aprel 2018 13:32

Xəbər 612 dəfə oxunub

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar davam edir.Azərtac xəbər verir ki, aprelin 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edirlər.Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nikolas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq məlumatlar verib.xeber100.com