Türk Universiadasına start verilib

6 Aprel 2018 14:16

Xəbər 865 dəfə oxunub

Bakıda Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan idmançılarının iştirakı ilə birinci Türk Universiadasına start verilib.Azərtac xəbər verir ki, Universiadanın proqramına daxil olan stolüstü tennis yarışları aprelin 7-9-da “Şüa” İdman Sağlamlıq Kompleksində təşkil olunacaq.Stolüstü tennis yarışlarının ilk günündə kişi və qadınlardan ibarət komandamız Qırğızıstan, ikinci günündə isə Türkiyə millisi ilə qarşılaşacaq. Daha sonra turnir şəxsi yarışlar ilə davam edəcək.Turnirə aprelin 10-da yekun vurulacaq.xeber100.com