“Milan” futbol klubu yeni müqavilə imzalayıb

6 Aprel 2018 14:36

Xəbər 1258 dəfə oxunub

İtaliyanın “Milan” klubu baş məşqçisi Cennaro Qattuzo ilə müqavilənin müddətini uzadıb.Azərtac xəbər verir ki, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub.2017-ci ilin noyabrında “Rossonyerlər”in baş məşqçisi vəzifəsinə gətirilən “Milan”nın əfsanəvi yarımmüdafiəçisi daha 3 il bu postda qalacaq.Qattuzonun rəhbərliyi altında “Milan” 13 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Hazırda “Milan” A seriyasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.Komandasını İtaliya kubokunun finalına çıxarmağı bacaran mütəxəssis “Milan”da xoşbəxt olduğunu bildirib.xeber100.com