XXVI Azərbaycan çempionatına yekun vurulub

9 Aprel 2018 13:33

Xəbər 882 dəfə oxunub

Şağan Olimpiya İdman Kompleksində keçirilən uşu idman növü üzrə XXVI Azərbaycan çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda kişi idmançılar arasında sanda və çinda növləri üzrə müxtəlif yaş kateqoriyasında və çəki dərəcələrində qaliblər müəyyənləşib.Ümumi komanda hesabında yeniyetmələr arasında “Artika-Abşeron”, gənclərin mübarizəsində “Omar”, böyüklər yarışlarında “Savalan” birinci yerə sahib olublar.Qeyd edək ki, yarışın keçirilməsində məqsəd idmançıların ustalıq dərəcəsinin artırılması, 2018-ci il Avropa çempionatında iştirak edəcək heyətin müəyyənləşdirilməsidir.xeber100.com