Klassik şahmat üzrə Avropa çempionatına start verilib

10 Aprel 2018 14:07

Xəbər 1467 dəfə oxunub

Slovakiyanın Vısokiye Tatrı şəhərində qadınlar arasında klassik şahmat üzrə Avropa çempionatına start verilib.Azərtac xəbər verir ki, yarışlar İsveçrə sistemi üzrə 11 turda keçirilir. XIX turnirin oyun günləri 8-14, 16-19 aprel tarixləridir.Turnirdə dünyanın 30 ölkəsindən 144 şahmatçı qadın iştirak edir. Onlardan 129-u FIDE-nin beynəlxalq titullarının sahibi, 77-si isə qrossmeysterdir. Azərbaycanı bu yarışmada 6 qadın şahmatçımız – Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarovalar təmsil edir.Avropa çempionatının iki turundan sonra beynəlxalq dərəcəli usta Günay Məmmədzadə də daxil olmaqla, 13 şahmatçı hərəyə 2 xalla irəlidədirlər. Gülnar Məmmədova 1,5 xal, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 1 xal toplayıblar. Xanım Balacayevanın aktivində yarım xal var.Avropa birinciliyində əsas mükafatlardan əlavə, qadınlar arasında nokaut sistemi üzrə dünya çempionatına 14 vəsiqə uğrunda mübarizə də aparılacaq. Turnirin qalibi aprelin 19-da bəlli olacaq.xeber100.com