Millimizin basketbolçusu Gürcüstan çempionu olub

27 May 2016 11:43

Xəbər 802 dəfə oxunub

“Kutaisi” klubu kişi basketbolçular arasında Gürcüstan çempionatının qalibi olub. Az’rtac xəbər verir ki, Azərbaycan millisinin basketbolçusu Zaur Paşayevin şərəfini qoruduğu komanda finalda “Dinamo”dan (Tbilisi) üstün olub. Həlledici seriyada hesab 2:2 olduğundan çempionun adına 5-ci matçda aydınlıq gəlib. Son oyunda rəqibini 76:71 hesabı ilə məğlub edən “Kutaisi” qızıl medala sahib olub. Millimizin oyun qurucusu qələbədə xüsusi pay sahibi olub. O, komandasının aktivinə 18 xal yazdırıb.xeber100.com