İngiltərə kubokunun ikinci yarımfinal oyununda

23 Aprel 2018 13:46

Xəbər 1168 dəfə oxunub

Futbol üzrə İngiltərə kubokunun ikinci yarımfinal oyununda “Çelsi” və “Saupgenton” klubları qarşılaşıb.Azərtac xəbər verir ki, “Vembli” stadionunda keçirilən oyunda “Çelsi” rəqib komandanın qapısından iki cavabsız top keçirib. Oyunda Olivye Giru və Alvaro Morata fərqləniblər. Beləliklə, bu qələbədən sonra Antonio Kontenin yetirmələri finalda “Mançester Yunayted” klubu ilə qarşılaşacaqlar.Final mayın 19-da “Vembli” stadionunda keçiriləcək.xeber100.com