“Shamkir Chess 2018” də beşinci turun görüşləri keçirilib

24 Aprel 2018 13:01

Xəbər 686 dəfə oxunub

Aprelin 23-də Şəmkirdə V Vüqar Həşimov Memorialında beşinci turun görüşləri keçirilib.Azərtac xəbər verir ki, bu turda norveçli dünya çempionu Maqnus Karlsen Polşa təmsilçisi Radoslav Voytaşekə, Bolqarıstan şahmatçısı Veselin Topalov isə çexiyalı David Navaraya qalib gəlib.Turun digər partiyalarında Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri ilə, Teymur Rəcəbov Çin idmançısı Dinq Lirenlə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib.Hesabında 3,5 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen 3 xalla ikinci yerdə qərarlaşıb. T.Rəcəbov, R.Məmmədov, A.Giri, D.Liren, S.Karyakin 2,5 xalla 3-7-ci, Ş.Məmmədyarov, D.Navara və R.Voytaşek isə 2 xalla 8-10-cu pilləni bölüşürlər.xeber100.com