“La Vanguardia” nəşri yazır…

25 Aprel 2018 12:12

Xəbər 896 dəfə oxunub

İspaniyanın “La Vanguardia” nəşrində “McLaren” komandasının ispan pilotu Fernando Alonsonun Azərbaycan Qran-Prisi haqqında fikirlərindən ibarət məqalə dərc edilib.Azərtac-ın məlumatına görə, yazıda qeyd olunur ki, dünya şöhrətli pilot komandasının bolidinin məhdudiyyətlərini etiraf edir və Azərbaycan Qran-Prisində xüsusi bir dəyişikliyin olacağını gözləmir.Fernando Alonso “Bakı Şəhər Halqası” haqqında da fikirlərini bildirib. Pilot deyib ki, bu, hazırda ən sürətli və uzun şəhər trasıdır, bolidə qarşı olduqca tələbkardır. O, həmçinin bütün pilotların Bakıdakı tras haqqında müsbət fikirdə olduqlarını qeyd edib.xeber100.com