UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.Azərtac xəbər verir ki, Almaniyada “Bavariya” klubu İspaniyanın “Real Madrid” klubunu qəbul edib. Münxendəki “Alyans Arena”da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. Oyunun ilk yarım saatında “Bavariya” klubunun heyətində iki aparıcı oyunçu zədələnərək meydanı tərk edib (Robben, Boateng).Hesabı meydan sahibləri 28-ci dəqiqədə Josua Kimmikın sayəsində açıb – 1:0. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirib. Marselo baxımlı qola imza atıb – 1:1.Fasilədən sonra “Münxen”lilərin müdafiədə buraxdığı kobud səhv Marko Asensionun qolu ilə nəticələnib. Beləliklə, oyun 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda “Liverpul” klubu “Roma”nı 5:2 hesabı ilə məğlub edib. Cavab oyunları mayın 1-də və 2-də baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…