“Shamkir Chess 2018” də yeddinci turun görüşləri keçirilib

27 Aprel 2018 12:33

Xəbər 890 dəfə oxunub

Aprelin 26-da Şəmkirdə V Vüqar Həşimov Memorialında yeddinci turun görüşləri keçirilib.Azərtac xəbər verir ki, bu turda norveçli Maqnus Karlsen Bolqarıstan təmsilçisi Veselin Topalova, çinli Dinq Liren isə Çexiya şahmatçısı David Navaraya qalib gəlib.Turun digər partiyalarında Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla, Rauf Məmmədov hollandiyalı Aniş Giri ilə, polşalı zəka sahibi Radoslav Voytaşek isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib.Bu nəticələrdən sonra hesabında 4,5 xal olan M.Karlsen birinci pilləyə yüksəlib. V.Topalov, L.Dinq və A.Giri 4 xalla 2-4-cü pillələri bölüşürlər. T.Rəcəbov, R.Məmmədov, S.Karyakin 3,5 xalla 5-7-ci, Ş.Məmmədyarov və R.Voytaşek 3 xalla 8-9-cu pillələrdə qərarlaşıblar. D.Navara isə 2 xalla sonuncudur.xeber100.com