BƏƏ çempionatının ikinci divizionunda…

28 Aprel 2018 20:28

Xəbər 752 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Füceyrə” futbol komandasının baş məşqçisi, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona istefaya getdiyini elan edib.Apa-nın BBC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi olub.BƏƏ çempionatının ikinci divizionunda çıxış edən “Əl-Füceyrə” yüksək liqaya vəsiqə qazana bilməyib.Qeyd edək ki, Maradona 2017-ci ilin mayında baş məşqçi vəzifəsinə təyin edilmişdi.xeber100.com