Türkiyə Superliqasının XXXI turunda

30 Aprel 2018 12:11

Xəbər 1238 dəfə oxunub

Aprelin 29-da futbol üzrə Türkiyə Superliqasının XXXI turunda İstanbul derbisi oynanılıb.Azərtac xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında 63 xalla lider olan “Qalatasaray” komandası əzəli rəqiblərindən olan, çempionatda 62 xalla üçüncü pillədə yer alan “Beşiktaş”ı qəbul edib.Oyunda “Qalatasaray” son çempion “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edərək çempionatın başa çatmasına üç tur qalmış Türkiyə Superliqasının qalibi olmağa daha da yaxınlaşıb. “Beşiktaş” isə bu məğlubiyyətlə turnir cədvəlində dördüncü pilləyə enib.Qarşılaşmada hesabı matçın 23-cü dəqiqəsində ev sahibi komandanın yaponiyalı futbolçusu Yuto Nagatomonun ötürməsindən sonra braziliyalı yarımmüdafiəçisi Fernando Reges açıb – 1:0. İlk hissə bu hesabla başa çatıb.İkinci hissədə “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomis 66-cı dəqiqədə rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilməyib. Həmin vəziyyətdə baş hakim Fırat Aydınus “Beşiktaş”ın futbolçusu Dusko Toşici qırmızı vərəqə ilə cəzalandırıb. Bu üstünlükdən yararlanan meydan sahibləri 70-ci dəqiqədə hesab arasındakı fərqi artırıblar. “Qalatasaray”lı Qery Rodriqes komanda yoldaşı Martin Linnesin məhsuldar ötürməsini qola çevirib – 2:0. Bu, onun cari çempionatda vurduğu 7-ci qol olub.xeber100.com