“SDL Nobel” BP şirkəti ilə yeni 3 illik müqavilə imzalayıb.“SDL Nobel” şirkətindən Azərtac-a bildirilib ki, bu müqavilə çərçivəsində “SDL Nobel”, BP şirkətinin Azərbaycanda quruda və dənizdə yerləşən qurğuları üçün metal konstruksiyaların istehsalı və quraşdırma xidmətlərini göstərəcək.Yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədilə 2016-cı ildə yaradılıb.“SDL Nobel” özünün birgə sahibləri olan “Nobel Oil Services” (UK) Limited və “SDL Denholm Limited” şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.“2004-cü ildən etibarən “SDL Denholm Limited” şirkətinin BP şirkəti ilə oxşar müqaviləsi olub və biz əminik ki, onun törəmə müəssisəsi “SDL Nobel” əvvəlki nümunəyə uyğun olaraq mövcud fəaliyyətlərin və iş həcmlərinin uğurla həyata keçirilməsini davam etdirəcək”, – deyə “SDL Nobel” şirkətinin baş direktoru Piter Uoddel qeyd edib.“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…