Bu gündən etibarən ölkəmizdə üçüncü Bakı Şopinq Festivalına start verilib.Azərtac xəbər verir ki, növbəti ticarət festivalı mayın 31-dək davam edəcək. Budəfəki festivala Bakıda yerləşən 800-dək mağaza qatılacaq. Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcək. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər festivala qoşulacaq.Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına – karta köçürmə yolu ilə əldə etmək mümkündür.Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.Hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaqlar. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Tax- Free” nişanı olan mağazalarda mümkündür.Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…