“Azercell Telecom” MMC-nin əməkdaşları “Karyera günləri” çərçivəsində tələbələrlə görüşlərini davam etdirirlər. Şirkət nümayəndələri bu dəfə “Karyerada ilk addım” devizi altında Azərbaycan Universitetində keçirilən tədbirdə iştirak ediblər. “Azercell”dən bildirilib ki, şirkət nümayəndələri tələbələrə, ilk növbədə, “Azercell”də mövcud tələbə proqramları, o cümlədən “Yay təcrübə proqramı” haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bu proqrama artıq 200-dən çox müraciət daxil olub. Müraciətlərin qəbulundan sonra seçim mərhələsi başlayacaq. “Azercell” nümayəndələri mərhələlərlə seçilən gənclərin 3 ay müddətində şirkətdə təcrübə keçmək imkanı qazanacaqlar. Qeyd edək ki, bu proqram çərçivəsində “Azercell”də təcrübə keçmək imkanı tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…