“Azərişıq” ASC-də daha bir yenilik – “ASAN xidmət”də ASC-nin daha 2 xidməti yaradılıb.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub. Bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.Qeyd edək ki, “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.“İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün də ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətin sayı bu gündən etibarən 13 olub.Bundan başqa, Nazirlər Kabinetinin “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərarına əsasən, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə vahid tarif təsdiq edilib. Bu isə o deməkdir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə bu günə qədər xidmət göstərdiyi “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub. Bu isə sahibkarların işini daha da asanlaşdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…