Rusiya kuboku yarışlarının qalibi müəyyənləşib

11 May 2018 13:24

Xəbər 672 dəfə oxunub

Futbol üzrə Rusiya kuboku yarışlarının qalibi müəyyənləşib. “Tosno” komandası finalda “Avanqard”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.Azərtac xəbər verir ki, Volqoqradda keçirilən oyunda qazanılan qələbə Leninqrad vilayətinin komandası üçün tarixində ilk uğur olub. Buna baxmayaraq komanda Avropa Liqasında iştirak edə bilməyəcək. Buna səbəb isə klubun vaxtında lisenziya ala bilməməsidir. Belə olan halda ölkəni Avropa Liqasında Rusiya çempionatını 6-cı pillədə bitirən komanda təmsil edəcək. Hazırda buna ən yaxın “Ufa” komandasıdır.xeber100.com