AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib

15 May 2018 12:30

Xəbər 659 dəfə oxunub

Mayın 15-də AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə”nin sənədlərinə baxılıb.Azərtac xəbər verir ki, AFFA “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdir. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” 2018-2019-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalarına əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verib.xeber100.com