UEFA Çempionlar Liqasında 2015/2016 mövsümünün qalibi məlum olub

30 May 2016 11:52

Xəbər 1320 dəfə oxunub

Xəbər verildiyi kimi Milanın “San Siro” stadionunda keçirilən final oyununda Madridin “Real” və “Atletiko” klubları qarşılaşıblar. Oyuna “Kral klubu”nun futbolçuları fəal başlayıblar. Bunun məntiqi nəticəsi olaraq, 15-ci dəqiqədə Serxio Ramos fərqlənib. İkinci hissədə isə növbə “Atletiko”ya çatıb. Əvvəlcə 48-ci dəqiqədə Qrizman “Real”ın qapısına təyin olunan penaltidən yararlana bilməyib. Lakin 79-cu dəqiqədə Karrasko hesabı bərabərləşdirib – 1:1. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt təyin olunub. Burada da komandalar fərqlənə bilmədiyi üçün cütün qalibinin adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltiləri daha dəqiq yerinə yetirən “Real” 11-ci dəfə Çempionlar Liqasının qalibi olub. Xatırladaq ki, 2 il əvvəl də bu komandalar finalda qarşılaşmış, “Real” qələbə qazanmışdı.xeber100.com