UEFA Çempionlar Liqasının final oyununda

25 May 2018 14:31

Xəbər 936 dəfə oxunub

Mayın 24-də gecə saatlarında Kiyevdə maskalı şəxslərdən ibarət 20 nəfərlik qrup UEFA Çempionlar Liqasının final oyununa baxmaq üçün Ukrayna paytaxtına gələn “Liverpul” klubunun azarkeşlərinə hücum ediblər.Azərtac-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, qarşıdurma Kiyev restoranlarının birində baş verib. Maskalılar “Liverpul” azarkeşlərinə stol və stulları atmağa başlayıblar. Nəticədə ingilis azarkeşləri başdan və boğazdan ciddi xəsarət alıblar.Polis hücum edənlərdən ikisini və “Liverpul” azarkeşlərindən birini saxlayıb. İngiltərəli azarkeşlər polisə şikayət ərizəsi yazmaqdan imtina ediblər.xeber100.com