“Bitcoin”in dəyəri bu həftə psixoloji hədd olan 6 min dollardan aşağı düşə bilər.“Apa-Economics” xəbər verir ki, “CoinMarketCap” portalının yaydığı rəqəmlərə əsasən mayın 27-dəki ticarət əməliyyatlarında “bitcoin”in qiyməti 2,64% azalaraq 7,334 min dollara enib. “Bitfinex” birjasında isə kriptolvalyutanın dəyəri 4,04% azalaraq 7,302 dollar təşkil edib.Ekspertlərin fikrincə, ticarət əməliyyatlarının cari dinamikası və bazardakı ümumi şərait nəticəsində “bitcoin” 6 min dollardan aşağı həddədək ucuzlaşa bilər.“Mayın 28-dən iyunun 3-dək kriptovalyutanın dəyərinin azalacağı gözlənilir. 7 min dollar səviyyəsi əsas göstərici sayılır. Həftənin bazar ertəsi və ya çərşənbə axşamı günü əgər “bitcoin” öz dəyərini saxlamasa, onun qiyməti 5,55 min dollaradək ucuzlaşmaqda davam edəcək. Ümumiyyətlə, göstəricilər mənfidir, buna görə də “bitcoin”in 6 min dollaradək ucuzlaşma ehtimalı yüksəkdir,” – deyə ekspertlər qeyd edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…