Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışının ikinci gününə yekun vurulub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, “B” qrupunda yarışan Azərbaycan təmsilçiləri Lüksemburq həndbolçuları ilə qarşılaşıblar. Hər iki komandanın cəhdlərinə baxmayaraq, oyun bərabərliklə yekunlaşıb: 27:27. “KSPC Mejdan”da keçirilən görüşün baş hakimləri macarıstanlı Zsofia Marton və Eszter Szabo olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Lyudmila Bodniyeva və bolqarıstanlı Rositza Dimkova təmsil edib.Qrupun digər qarşılaşmasında isə Bosniya və Herseqovina komandası Böyük Britaniya kollektivini 34:20 hesabı ilə məğlub edib.Mayın 31-də qrup oyunlarına yekun vurulacaq. Azərbaycan millisi sonuncu matçını Böyük Britaniya yığmasına qarşı keçirəcək. Meydan sahibləri isə cırtdan ölkə təmsilçilərini sınağa çəkəcəklər.Qeyd edək ki, “A” qrupunun komandaları arasında keçirilən görüşlərdə Estoniya kollektivi Kipr həndbolçularına 34:14, Belçika yığması Moldova millisinə 37:28 hesabı ilə qalib gəlib. Qrupun son oyun günündə Belçika Kipri, Estoniya isə Moldovanı nominal ev sahibi kimi qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…