“Barselona” futbol klubu fransalı müdafiəçi ilə müqaviləni uzadıb

4 İyun 2018 12:51

Xəbər 676 dəfə oxunub

“Barselona” futbol klubu fransalı müdafiəçi Samuel Umtiti ilə müqaviləni uzadıb.Azərtac xəbər verir ki, Katalonya klubu 25 yaşlı müdafiəçi ilə 2025-ci ilədək sözləşmə imzalayıb.Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildə Fransanın “Lion” klubundan “Barselona”ya transfer olub. Fransa millisinin üzvü cari mövsüm İspaniya çempionatında 25 oyunda meydana start heyətində çıxıb.xeber100.com