Futbol üzrə Braziliya milli komandası sonuncu yoxlama görüşündə

11 İyun 2018 12:43

Xəbər 1712 dəfə oxunub

Futbol üzrə Braziliya milli komandası sonuncu yoxlama görüşündə böyük hesabla qələbə qazanıb.Azərtac xəbər verir ki, beş qat dünya çempionu Braziliya komandası Avstriya millisinin qonağı olub. Qarşılaşma 3:0 braziliyalıların qələbəsi ilə başa çatıb. Oyunda Qabriyel Xesus, Neymar və Filip Koutinyo fərqləniblər. Bu yoldaşlıq görüşü Braziliya milli komandası üçün sonuncu olub.xeber100.com