“Neftçi” futbol klubunun rəqibləri müəyyənləşib

20 İyun 2018 12:03

Xəbər 1377 dəfə oxunub

İyunun 22-dən iyulun 6-dək “Neftçi” futbol klubunun Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçiriləcək iki yoxlama oyununda rəqibləri müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, dörd yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” iyunun 28-də Rumıniyanın “Dunarea Kalarasi” klubuna qarşı, iyulun 5-də isə bu ölkənin digər klubu “Politexnika”ya qarşı oynayacaq.Digər iki oyunda olacaq rəqiblərin adlarına yaxın günlərdə aydınlıq gələcək.xeber100.com