Cüdo üzrə dünya çempionatının heyəti açıqlanıb

21 İyun 2018 13:25

Xəbər 682 dəfə oxunub

Seneqal millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Bakı mundialında 4 seneqallı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Mussa Diop (60 kq) və Mbaqnik Ndiaye (100 kq-dan yuxarı) şans verəcək.Qadınların mübarizəsində isə Bique Ndiaye (78 kq) və Monika Saqna (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaq.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.xeber100.com