Nəsimi və Binəqədi rayonlarının bəzi hissələrinə təbii qazın verilişində fasilələr yaranacaq.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, diametri 720 millimetrlik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrləri arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar iyunun 21-də təmir işləri tamamlananadək Nəsimi rayonunun Tbilisi prospekti və 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.Aparılan təmir işləri iyunun 22-də yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilə aradan qaldırılacaq.“Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…