Bu gün Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əski olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.Azərtac-ın verdiyi məlumata görə, energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir.P. Şahbazov qeyd edib ki, Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir: “Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda çıxarılıb. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu günə qədər uğurla davam etdirilir”.P. Şahbazov tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin növbəti Nazirlər Şurasının iclasının Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. O qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, həm də dünyanın neft sənayesinin müqəddəs yeri olan Bakının gözəlliyini görmək üçün gözəl bir imkan olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…