Həndbol Federasiyasının məlumatı əsasında…

27 İyun 2018 12:07

Xəbər 630 dəfə oxunub

Avropa Həndbol Federasiyası (EHF) yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a verilən məlumata görə, 2015-2016-cı, 2016-2017-ci və 2017-2018-ci illər mövsümünün nəticələrinə əsasən, qadın həndbolçulardan ibarət millimiz reytinq cədvəlində yeddi pillə irəliləyib. Belə ki, qadın həndbolçularımız hazırda 23-cü pillədə qərarlaşıblar.Beləliklə, reytinq cədvəlindəki bu mövqe Azərbaycanın qadınlardan ibarət dörd həndbol klubuna qitə turnirlərində iştirak etmək hüququ qazandırıb. İlk dəfə olaraq qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasında Azərbaycanın həndbol klubu da mübarizə aparacaq. Bundan əlavə, ölkəmiz EHF kuboku yarışlarında bir komanda, “Çağırış kuboku” turnirində isə iki klubla təmsil olunacaq.xeber100.com