Seneqal Futbol Federasiyası (FSF) FIFA-ya iki məktub göndərib. Bu məktublarda dünya çempionatında pley-off mərhələsində çıxış üçün feyr-pley meyarı qaydasına yenidən baxılması xahiş olunur.Azərtac BBC-yə istinadla xəbər verir ki, 2018-ci il dünya çempionatının qrup mərhələsinin yekunlarına əsasən Seneqal və Yaponiya yığmalarının göstəriciləri eyni olub, lakin seneqallılarla müqayisədə daha az sarı vərəqə almış Yaponiya yığması əlavə göstəricilərə görə pley-off mərhələsinə çıxıb. DC-2018-in qrup mərhələsində Asiya komandası Polşa yığması ilə yekun matçının 75-ci dəqiqəsindən etibarən hücumu dayandırıb. Nəticədə Yaponiya yığması bu görüşdə 0:1 hesabı ilə məğlub olub.Seneqal Futbol Federasiyasının məktublarından birində deyilir: “Federasiya belə hesab edir ki, Yaponiya yığması Polşa ilə matçın hesabı onu qane etməyə başlayanda Yaponiya yığması sözün hərfi mənasında oyunu dayandırıb. Yaponiya yığmasının məşqçisi matçdan sonra mətbuat konfransında bu faktı inkar etmədi. Biz buna görə şokda idik. Gələcəkdə FIFA bu cür oynayan komandaları cəzalandırmalıdır.Seneqal Futbol Federasiyası təəssüflənir ki, Yaponiya yığması özünün cəzasız qalacağını hiss edərək feyr-pley prinsiplərinə əməl etməyib. Belə hallarda vərəqələrin sayılması qaydasının mənası yoxdur”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…