Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi

2 İyun 2016 13:25

Xəbər 1287 dəfə oxunub

Almaniya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Ötən il Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2 milyard dollara yaxın olub. Azərtac xəbər verir ki, bu fikirlər iyunun 2-də Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə “Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusunda keçirilən forumda səsləndirilib. Forum Almaniyanın Saksoniya vilayətindən olan müəssisələrin nümayəndələrinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Sachsen GmbH” İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Sachsen İqtisadi Birliyi GmbH-nın Rusiya\MDB üzrə nümayəndəsi Manfred Liebl qeyd edib ki, Saksoniya Almaniyanın ən innovativ vilayətlərindən biridir. Sachsen GmbH İqtisadi Birliyi Saksoniya vilayətindən olan müəssisələr üçün dünyaya, investorlar üçün isə Saksoniya vilayətinə körpülər qurur. Alman şirkətləri Azərbaycanla, Azərbaycan şirkətləri isə Almaniya ilə əməkdaşlıqda maraqlıdır. Ölkələrimiz arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir və ümid edirəm ki, növbəti illərdə əlaqələrimiz daha da genişlənəcək. İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli bildirib ki, müstəqilliyimiz bərpa olunduqdan sonra Almaniya ilə əməkdaşlığımız prioritet istiqamətlərdən olub. Ölkələrimiz arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb, Almaniya Azərbaycanda bir sıra layihələrin reallaşdırılmasına dəstək verir, texniki yardım göstərir, infrastruktur layihələrin maliyyələşdirilməsində yaxından iştirak edir. “Ötən il Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2 milyard dollara yaxın olub. Almaniya Azərbaycanın ixrac əməliyyatlarını reallaşdırdığı 2-ci, idxal əməliyyatlarını həyata keçirdiyi 4-cü ölkədir. Xarici ticarətin əsasını sənaye təşkil edir. Ümid edirəm ki, bugünkü forum Almaniya ilə Azərbaycanın sənaye sahəsində əməkdaşlığına və ölkəmizdə birgə innovativ sənayenin yaradılmasına töhfə verəcək”, – deyə S.Bəşirli diqqətə çatdırıb. S.Bəşirli Azərbaycanın Almaniyanın əczaçılıq, maşınqayırma, elektron avadanlıqları sahəsindəki təcrübəsini yüksək qiymətləndirib və əczaçılıq sahəsində ixtisaslaşan şirkətləri ölkəmizə dəvət edib. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Folker Berreshaym vurğulayıb ki, Azərbaycan şirkətləri bu gün keçirilən ikitərəfli görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələri tanımaq, şəbəkələrini güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edə biləcək. Forum Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıq, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə keçirilən ikitərəfli görüşlərlə başa çatıb.xeber100.com

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə yeni maddə əlavə edilir

Əmək Məcəlləsinə işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə ilə bağlı maddə əlavə edilir. Bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qanun layihəsinə əsasən, kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilə imzalamaq mümkün olacaq. Sənədə, həmçinin 7-1-ci və 76-1-ci maddələr əlavə edilir. Təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər: - zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənləəmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi; - hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi. - Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə bu Məcəllənin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.xeber100.com

İyun 17, 2026 13:02

Hörmüz boğazından xam neft və yanacaq axını 6 milyon barel azalıb

Fevralın sonlarında Yaxın Şərqdə münaqişə başlayandan sonra ilin birinci rübündə Hörmüz boğazından xam neft və yanacaq axını gündəlik təxminən 6 milyon barel azalıb. Bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Münaqişə dövründə Körfəzdən yalnız məhdud sayda tanker çıxa bilib. Baxmayaraq ki, bəzən gərginlik yenidən alovlanır, aprelin əvvəlindən bəri atəşkəs qüvvədədir. Lakin ABŞ və İran fikir ayrılıqlarının həllində və sülh təklifi ilə bağlı razılığa gəlməkdə heç bir əhəmiyyətli irəliləyiş əldə etməyiblər. Bu, Hörmüz boğazının faktiki olaraq bağlı qalması ilə nəticələnib və qlobal müştərilərə vacib enerji təchizatı dayandırılıb. “Bloomberg News”un peyk görüntülərinə istinadən yaydığı məlumata görə, İranın əsas ixrac mərkəzi olan Kərk adası terminalındakı neft yükləmə limanlarının ötən gün boş qaldığı bildirilir. Peyklərin terminalda fəaliyyət aşkarladığı ardıcıl dördüncü dövr ərzində də ərazidə heç bir tanker görünməyib. Beynəlxalq Enerji Agentliyinə görə, Yaxın Şərqdəki münaqişə bu gün bitsə belə Hörmüz boğazından axınların normal vəziyyətə qayıtması üçün aylar lazım olacaq və enerji bazarı oktyabr ayına qədər ciddi təchizat kəsiri ilə üzləşəcək. Yaxın Şərqdəki münaqişə, həmçinin qlobal neft ehtiyatlarının rekord səviyyədə azalmasına səbəb olub. Münaqişənin başlanğıcından bəri ümumilikdə 1 milyard bareldən çox neftin bazardan çıxarıldığı və Körfəz ölkələrində ümumi istehsalın gündəlik 14 milyon bareldən çox azaldığı bildirilir. Beynəlxalq Enerji Agentliyi enerji böhranını idarə etmək üçün mart ayında strateji neft ehtiyatlarından rekord səviyyədə istifadə olunacağını açıqlamışdı. Ümumilikdə 400 milyon barel neftin istifadəsi nəzərdə tutulur. Bundan başqa, açıq dənizdə Rusiya neftinin alınmasına icazə verən ABŞ-nin sanksiyalarına qoyulan güzəşt bu həftə sonu başa çatacaq. Bu, Rusiya neftinin ən böyük alıcılarından biri olan Hindistandakı neft emalı zavodlarını xüsusilə həssas vəziyyətə sala bilər. Belə ki, Cənubi Asiya ölkəsi bu ay rekord səviyyədə neft idxal edib. Qeyd edək ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edib. Boğazdan keçən gəmilərin hərəkəti ABŞ-İran müharibəsindən əvvəlki səviyədən təxminən 95 faiz aşağı olaraq qalmaqdadır. Hörmüzün bağlanması, eyni zamanda, gündəlik 10 milyard kubfutdan çox LNG-nin azalmasına və ya qlobal tədarükün təxminən 20 faizinə təsir göstərib.xeber100.com

May 14, 2026 13:07

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatının məlumatına görə…

Yaxın Şərqdə təchizat kəsintilərinə baxmayaraq, ilin birinci rübündə qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 3,8 faiz artaraq 112,2 milyon tona çatıb. Bu barədə yayıb. Bildirilir ki, ABŞ-İran münaqişəsi və Hörmüz böhranı fonunda rüb ərzində qlobal LNG ixracı artmağa davam edib, Yaxın Şərqdəki istehsal itkilərini ABŞ və Kanadada artan hasilat kompensasiya edib, Avropada LNG tələbatı ikirəqəmli artım göstərib, Asiyada isə məhdud artım müşahidə olunub. Belə ki, birinci rübdə ABŞ-nin LNG ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 32,3 milyon tona çatıb. Bu artımla ölkənin qlobal LNG ticarətindəki payı tarixi göstəriciyə - 28,8 faizə yüksəlib. Avstraliyanın ixracı eyni dövrdə 5,4 faiz artaraq 19,9 milyon tona çatıb. Qətər LNG qurğularına edilən hücumlar səbəbindən sıralamadakı mövqeyini itirib. Birinci rübdə ölkənin LNG ixracı 33,2 faiz azalaraq 14,7 milyon tona düşüb. Birləşmiş Ərəb Əmirliklərində isə ixrac 39,6 faiz azalaraq 970 min ton olub. Hesabat dövründə Rusiyanın LNG ixracı 8,3 faiz artaraq 8,9 milyon tona çatıb. Rüb ərzində Asiya bazarında LNG idxalı 1 faiz artaraq 66,9 milyon tona yüksəlib. Çin, Yaponiya, Koreya Respublikası və Tayvanın ümumi idxalı 0,6 faiz artaraq 51,74 milyon tona çatıb, Çinin idxalı isə 6,3 faiz azalaraq 14,4 milyon tona düşüb. Bu azalmaya daxili istehsalın artması, Rusiyadan boru kəməri ilə qaz tədarükü və yenilənmiş ixrac trendi təsir edib. Yaponiyanın idxalı 18,2 milyon ton olmaqla sabit qalıb, Koreya Respublikasının idxalı isə 6,9 faiz artaraq 13,4 milyon tona yüksəlib. Böyük Britaniya və Türkiyə də daxil olmaqla, birinci rübdə Avropa bazarında LNG idxalı 11,1 faiz artaraq təxminən 40 milyon tona çatıb. Regionun qlobal LNG tələbatındakı payı 35,1 faiz olub. Avropa İttifaqına üzv ölkələrin LNG idxalı isə 12 faiz artaraq 28,3 milyon tona yüksəlib. “Köhnə qitədə” soyuq hava şəraiti və saxlama tutumunun azalması ilə nəticəsində LNG-nin ümumi təbii qaz idxalındakı payı 50,6 faizə çatıb.xeber100.com

May 4, 2026 14:03