Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

13 İyul 2018 14:34

Xəbər 822 dəfə oxunub

Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan millisinin üzvü Edi Reski Dviçayo yeni açıqlanan cədvəldə 21 pillə irəliləyib. Hesabında 6880 xal olan idmançımız 239-cu sıradan 218-ci yerə yüksəlib.Otuz doqquz pillə irəliləyən Ezmi Qovimuramadhoni isə reytinqdə 436-cı sıradadır. Ezminin hesabındakı reytinq xalının sayı 2458-ə bərabərdir.Badmintonçularımız iyulun 18-21-də Nigeriyanın Laqos şəhərində keçiriləcək “Lagos International-2018” turnirində çıxış edəcəklər.xeber100.com