DÇ-2018-nin ilk mükafatçısı məlum olacaq

14 İyul 2018 20:59

Xəbər 755 dəfə oxunub

Rusiyada keçirilən dünya çempionatı yekunlaşmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bu gün ilk mükafatçı bilinəcək.Belə ki, Belçika ilə İngiltərə bürünc medal uğrunda mübarizədə üz-üzə gələcək. Heyəti ulduz futbolçulardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapmaq arzusundadır.Gənc oyunçulardan qurulan ingilislərin isə final yolunu Xorvatiya kəsmişdi. Qaret Sautqeytin komandası bürünc mükafatı növbəti böyük turnir üçün stimul olaraq görür.
Dünya çempionatı
3-cü yer uğrunda oyun
14 iyul
18:00. Belçika – İngiltərə
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu.xeber100.com