Yarandığı qısa müddət ərzində sürücülərin və avtomobil sahiblərinin rəğbətini qazanan “Kasko Butik” layihəsi 21-22 iyul tarixlərində Azərbaycanda 15-ci dəfə təşkil olunan Qafqaz Motor Şouda iştirak edib. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində təşkil olunan sərgiyə 2 gün ərzində yüzlərlə ziyarətçi baş çəkib. “Kasko Butik” komandası sərgidə hər kəsi maraqlandıran suallara cavab verməklə yanaşı bir sıra ziyarətçiləri hədiyyələrlə sevindirib.Gecənin sonunda isə sevinən tərəf “Kasko Butik”in özü olub. Belə ki, avtomobil sektorunda təqdim edilən nüfuzlu ‘’Qızıl çarx’’ mükafatına ‘’İlin təklifi’’ nominasiyasında “Kasko Butik” layiq görülüb.Məlumat üçün bildiririk ki, ötən ilin sonlarında ‘’Öz ölçünü seç’’ devizi ilə fəaliyyətə başlayan “Kasko Butik” bir sıra inqilabi yeniliklər etməklə, qısa müddətdə yüzlərlə sürücünün sevimli brendinə çevrilib. Xüsusilə də:
zərərin 59 dəqiqə ərzində ödənilməsi;
sürücülərin taksi xidməti ilə təmin olunması;
pulsuz evakuasiya;
təmir məntəqəsinin sürücünün özü tərəfindən seçilməsi;
avtomobilin istehsal ilinə məhdudiyyət qoyulmadan sığortalana bilməsi;
köhnəlmə əmsalı tətbiq olunmadan zərərin tam ödənilməsi;
bütün proseslərin müasir onlayn platforma vasitəsilə operativ həll olunması;
24/7 dəstək imkanı və onlarla digər maraqlı imtiyazlar sığortalıların marağına səbəb olub.
Layihə Azərbaycanın ən böyük və yeganə Lloyds broker şirkəti olan “Zaman Broker” tərəfindən ərsəyə gətirilib və uğurla icra olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…