“Beşiktaş” futbol klubu “Akhisarspor”la qarşılaşıb

13 Avqust 2018 10:46

Xəbər 733 dəfə oxunub

Futbol üzrə Türkiyə çempionatının ilk turunun növbəti oyununda çempionluq uğrunda mübarizə aparan komandalardan “Beşiktaş” öz meydanında “Akhisarspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, görüş “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin portuqaliyalı futbolçusu Pepenin vurduğu qolla hesab açılıb. Bundan üç dəqiqə sonra “qara qartallar”ın niderlandlı oyunçusu Ryan Babel komandasının ikinci qolunu vurub.Fasilədən sonra görüşün 56-cı dəqiqəsində Yevqeni Seleznyovun qolu ilə ev sahibləri hesab arasındakı fərqi azaldıblar.Beləliklə, Şenol Günəşin baş məşqçisi olduğu komanda rəqibini 2:1 hesabı ilə məğlub edərək Türkiyə Superliqasında mövsümə qələbə ilə başlayıb.Baş hakim Bülent Yıldırımın idarə etdiyi qarşılaşma bir sıra gərgin anlarla yadda qalıb. Görüşdə komandaların futbolçularına, ümumilikdə, doqquz sarı vərəqə göstərilib.Xatırladaq ki, “Akhisarspor” avqustun 5-də Türkiyə Superkuboku uğrunda oyunda ötən mövsümün çempionu “Qalatasaray”dan üstün olaraq kuboka sahib olmuşdu.Qeyd edək ki, günün digər qarşılaşmasında “Yeni Malatyaspor” komandası “Göztəpə”yə 3:1 hesabı ilə qalib gəlib.xeber100.com