Qılıncoynatma Federasiyasının məlumatı əsasında…

15 Avqust 2018 14:16

Xəbər 1019 dəfə oxunub

Avqustun 19-da Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə növbəti pulsuz ustad dərsləri keçiriləcək. İştirakçılar burada keçirilən açıq məşğələlər zamanı öyrəndikləri bütün elementləri bir yerə toplayaraq yerinə yetirəcəklər.Bu barədə Azərtac-a Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər.Ölkə yığmasının baş məşqçiləri Elxan Əhmədov, Sudef Quliyev və digərləri tərəfindən aparılacaq ustad dərslərində yaşı 10-dan yuxarı hər kəs iştirak edə bilər. Zəruri qılıncoynatma təchizatı (gödəkçə, maska, əlcək, şpaqa və ya qılınc) yerində veriləcək.xeber100.com