UEFA Millətlər Liqasındakı ilk oyunun biletləri satışa çıxarılıb

21 Avqust 2018 10:38

Xəbər 633 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən etibarən əldə edə bilərlər.Üç kateqoriya üzrə təklif olunan biletlərin qiyməti 2-5 manat, VIP yerlər üçün isə 10 manatdır.Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50 faiz endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir (endirimlər “Sky Box” biletlərinə şamil olunmur).Azərbaycan – Kosovo oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.xeber100.com